İsrail hərbçiləri Qəzza zolağının şimalında yerləşən “Əl-Şifa” xəstəxanasında reyd keçirən zaman təxminən 3 milyon dollar nağd pul aşkarlayıblar.
Lent.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, pulları ordunun xüsusi təyinatlı dəstəsi tapıb.
"Xəstəxanada aparılan axtarışlar zamanı hərbçilər terrorizmi maliyyələşdirmək üçün nəzərdə tutulmuş 11 milyon şekel (təxminən 3 milyon dollar) və İordaniya dinarı aşkarlayıblar", - məlumatda deyilir.