Yaponiyanın Xonsyu adasında 5,1 bal gücündə zəlzələ olub. Lent.az-ın «RİA Novosti »-yə istinadən məlumatına görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 05.03 baş verib.
Zəlzələnin episentri İbaraki əyalətinin Hitati şəhərində, «Fukusima-1» AES-in yaxınlığında 21 km-liyində, bir neçə on km dərinlikdə yerləşib.
Xəsarət alan və dağıntılar barədə məlumat yoxdur.