Özbəkistanda yeni dünya rekordu qeydə alınıb. 1946 gənc mühəndis eyni vaxtda bir o qədər robot yığıb.
Lent.az Özbəkistan mətbuatına istinadla xəbər verir ki, nailiyyət Ginnesin Rekordlar Kitabının nümayəndələri tərəfindən rəsmi olaraq qeydə alınıb.
Rekord “Mühəndislik Missiyasi” festivalı çərçivəsində qeydə alınıb.
Bu kateqoriya üzrə əvvəlki rekord 2023-cü il yanvarın 23-də Hindistanın Bhopal şəhərində qeydə alınıb. Həmin vaxt 1459 məktəbli bitki əkmək və onlara qulluq etmək üçün kənd təsərrüfatı robotlarını yığıb.