Cəlilabadda 2 hektar yeri yandıran cəzalandırıldı
21 avqust 2025 19:46 (UTC +04:00)

Cəlilabadda 2 hektar yeri yandıran cəzalandırıldı

Avqustun 21-də Cəlilabad rayonu Söyüdlü kəndinin ərazisindəki əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, araşdırmalarla yanğının 45 yaşlı Oqtay Abbasov tərəfindən törədildiyi məlum olub. 

Hadisə nəticəsində 2 hektar ərazidə quru ot və kol-kos yanıb. 

Əməli törədən O.Abbasov barəsində məsuliyyət tədbiri görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 230

Oxşar yazılar