İbrahim Tatlısesin qızı, müğənni Dilan Çıtak ilə həyat yoldaşı, musiqiçi Levent Dörter arasında yenidən boşanma iddiaları gündəmə gəlib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, cütlük bir-birini sosial şəbəkədən izləmədən çıxarıb.
Çıtak həmçinin Instagram profilindən ərinin soyadını silib, bu da boşanma şayiələrini daha da gücləndirib. Dörter də Çıtakı izləmədən çıxardığı üçün söz-söhbətlər artır.
Xatırladaq ki, cütlük 2022-ci ildə təmtəraqlı toy mərasimi ilə ailə qurmuşdu. Onlar əvvəllər də oxşar iddialarla gündəmə gəlmiş, yayımladıqları video ilə xəbərləri təkzib etmişdilər.
Hazırda tərəflərdən heç biri mövzu ilə bağlı rəsmi açıqlama verməyib.