Röya xəbər səhifələrinə hücum edir
21 avqust 2025 15:06 (UTC +04:00)

Röya xəbər səhifələrinə hücum edir

Xalq artisti Röya Ayxan lent.az saytının instaqram səhifəsini şikayət edib. Buna səbəb isə səhifənin keçmişdə Röya Ayxanın öz səhifəsində paylaşdığı və açıq yayımına icazə verdiyi şəkillərini yaymasıdır.

Maraqlı olan odur ki, Röyanın 1 milyondan artıq izləyicisi olduğu görünür. Lent.az səhifəsinin isə instaqramda cəmi 177 min izləyicisi var. Əgər bu şəkillər geniş auditoriya üçün deyilsə, o zaman Röya bunu 1 milyonluq səhifədə niyə yayır? İkincisi, Röya heç vaxt bu şəkillərin silinməsi üçün sayta müraciət etməyib. 

Qeyd edək ki, müğənninin şikayət etdiyi xəbərlərdən biri də oğlu Hüseyn Cəlilovun təhsil almaq üçün getdiyi Londondan geri qayıtması ilə bağlı olub. 
Bildiririk ki, həmin xəbəri “Lent.az” 15 avqust 2022-ci ildə Röya Ayxanın öz Instagram səhifəsinə istinadən yayıb. Müğənninin öz paylaşımına görə “Lent.az”ın Instagram səhifəsini şikayət etməsi isə anlaşılmazlıq yaradır.  

Lent.az tirajını Röyanın şəkillərindən toplamadığı üçün onları mütləq yayımlamaq kimi bir dərdi yoxdur. 

Çox təəssüf ki, son zamanlar sosial şəbəkələrdə səhifələrinin baxış sayı çox olan müğənni və blogerlər bundan qara piar və xəbər səhifələrinə qarşı aktiv hücum üçün istifadə edirlər.

Bu işdə fəal olanlardan biri də Röyadır. Röya səhifəsinin istifadəçi sayının çoxluğundan sui-istifadə edərək, Lent.az səhifəsini şikayət edib.

Milyonluq izləyicisi olan səhifə sahibi olmaq ölkənin böyük media qurumlarına qarşı hücuma əsas vermir.

Bu media səhifələri ölkənin xəbər təminatı ilə məşğul olurlar. 

Dövlətin, xalqın verdiyi güc ilə belə sarsaqlıqlar etməyin axırı yaxşı olmur. Bizdən demək...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2098

Oxşar yazılar

Gözlənilməz sonluqla bitən 8 detektiv film

Gözlənilməz sonluqla bitən 8 detektiv film

21 avqust 2025 , 13:34
Tarantino  ən yaxşı flmlərini sıraladı

Tarantino ən yaxşı flmlərini sıraladı

21 avqust 2025 , 10:38
Rəşad Məcidin  60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

Rəşad Məcidin 60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

21 avqust 2025 , 10:00
Şair Məmməd İsmayıl dəfn edildi  - YENİLƏNİB

Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB

20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi

Xalq artisti qızını polisə verdi

20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37
Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

17 avqust 2025 , 13:34