Türkiyədə anasını öldürən oğul həbsdə ölüb.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Adana şəhərində qeydə alınıb.
Şizofreniya xəstəsi olan 48 yaşlı Ali Durmuş həbs olunandan sonra dərman qəbul etməyi və yeməyi dayandırıb. Buna görə də səhhətində ciddi problemlər yaranıb. Nəticədə Ali Durmuş saxlanıldığı həbsxanadan Adana şəhər xəstəxanasına köçürülüb. Lakin burada görülən tədbirlərə baxmayaraq, ölüb.
Qeyd olunur ki, Ali Durmuş yaşadıqları evdə 68 yaşlı anası Belkıs Durmuşa dəfələrlə bıçaq xəsarətləri yetirib, sonra isə boğazını kəsərək öldürüb.