Bakıda yeni bağça açıldı - Qeydiyyat qaydası
21 avqust 2025 12:36 (UTC +04:00)

Bakıda yeni bağça açıldı - Qeydiyyat qaydası

MİDA Yasamal Yaşayış Kompleksində yerləşən və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni təhvil alınmış 351 nömrəli körpələr evi-uşaq bağçasının müvafiq qaydalara uyğun olaraq fəaliyyətə başlaması üçün zəruri prosedurlar tamamlanıb.

Lent.az-a BŞTİ-dən bildirilib ki, valideynlər 21 avqust 2025-ci il saat 11:00-dan etibarən www.bq.edu.az elektron qeydiyyat sistemi vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, MİDA Yasamal Yaşayış Kompleksində 345 nömrəli körpələr evi-uşaq bağçası da fəaliyyət göstərir.

Onu da qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi və şəbəkəsinin genişləndirilməsi baxımından davamlı tədbirlər, sosial inkişafa xidmət edən proqramlar həyata keçirilməkdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 282

Oxşar yazılar