Ana qızının toyunda  infarktdan öldü
21 avqust 2025 13:19 (UTC +04:00)

Ana qızının toyunda infarktdan öldü

Hindistanda toy şənliyi böyük kədərlə başa çatıb. Gəlinin anası mərasim bitməmiş infarktdan dünyasını dəyişib.

Lent.az xarici mediaya istinadla bildirir ki, 38 yaşlı Kalyani qızı Sindhunun toyu zamanı qəfil huşunu itirib. Hadisə Xammam rayonuna aid Abbaspuram kəndində baş verib.

Qadın təcili olaraq yaxınlıqdakı tibb müəssisəsinə çatdırılsa da, həkimlər yalnız bioloji ölüm faktını təsdiqləyə biliblər. Rəsmi orqanların rəyinə görə, ölümün səbəbi ürəyin dayanması olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 664

Oxşar yazılar