Norveç İsraillə oyundan qazanacağı pulu Qəzzaya bağışlayacaq
21 avqust 2025 17:23 (UTC +04:00)

Norveç İsraillə oyundan qazanacağı pulu Qəzzaya bağışlayacaq

2026-cı il dünya çempionatının seçmə mərhələsində Norveç yığmasının İsrail millisinə qarşı keçiriləcək oyundan əldə edəcəyi gəlir Qəzza sakinlərinə yardım üçün ayrılacaq.

Lent.az xəbər verir ki, bu barədə Norveç Futbol Assosiasiyasının prezidenti Liz Klaveness bildirib:

“Nə biz, nə də digər təşkilatlar Qəzza sektorunda mülki əhalinin uzun müddətdir üzləşdiyi humanitar əzablara və qeyri-mütənasib hücumlara biganə qala bilmərik”.

Pul Qəzza sektorunda fəaliyyət göstərən humanitar təşkilatlardan birinin hesabına köçürüləcək.

Norveç və İsrail yığmaları arasında oyun 11 oktyabrda keçiriləcək. Norveç millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsinin I qrupunda liderdir – dörd oyundan 12 xal toplayıb. İsrail yığmasının isə üç oyundan sonra altı xalı var və ikinci yerdə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 232

Oxşar yazılar