Arıqlamaq istəyənlərə ŞAD XƏBƏR:  Bu bakteriya kifayətdir
21 avqust 2025 16:25 (UTC +04:00)

Arıqlamaq istəyənlərə ŞAD XƏBƏR: Bu bakteriya kifayətdir

Kopenhagen Universitetinin kuratorluğu altında çalışan beynəlxalq tədqiqatçılar qrupu maddələr mübadiləsinə təsir göstərərək bədən çəkisini azalda bilən bakteriya tapmağa nail olublar.

Lent.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Bakteriya RORDEP1 və RORDEP2 adlı iki zülal ifraz edir. Bu zülallar xüsusiyyətlərinə görə irizin hormonunu xatırladır. İrizini əzələlər fiziki fəaliyyət zamanı istehsal edir və o, yağ mübadiləsinin tənzimlənməsində son dərəcə mühüm rol oynayır. Bu siqnal zülalları orqanizmin hormonal fonuna təsir göstərərək iştahı, qanda şəkərin səviyyəsini, sümük sıxlığını və yağ mübadiləsini tənzimləyir.

Müəlliflərin izahına görə, təcrübələr göstərib ki, RORDEP ifraz edən bakteriyaların miqdarı insanlar arasında 100 min dəfəyə qədər fərqlənə bilər. Belə bakteriyaların miqdarı daha çox olan insanlarda, adətən, bədən kütlə indeksi digərlərinə nisbətən daha aşağı olur.

Gəmiricilər üzərində aparılan sınaqlar göstərib ki, bakteriya və ya RORDEP zülalları orqanizmə daxil edildikdə çəki azalır, qanda qlükozanın miqdarı enir, eyni zamanda sümük toxumasının vəziyyəti yaxşılaşır. Həmçinin məlum olub ki, bu zülallar iştaha və şəkərin səviyyəsini tənzimləyən hormonların istehsalını gücləndirir, paralel olaraq isə çəki artımı ilə bağlı olan GIP hormonunun istehsalını zəiflədir.

Hazırda insanlar üzərində klinik sınaqlara start verilib. Müəlliflər ümid edirlər ki, bu bakteriyalar və ya süni şəkildə sintez olunmuş RORDEP zülalları geniş təsir spektrinə malik yeni nəsil bioloji preparatların hazırlanmasına əsas ola bilər

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 352

Oxşar yazılar