Ağdamda gənc qadın itkin düşdü - FOTO
21 avqust 2025 15:51 (UTC +04:00)

Ağdamda gənc qadın itkin düşdü - FOTO

Ağdamda qadın itkin düşüb.

DİN mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən xəbərə görə, Ağdam rayon sakini 26 yaşlı Mahirə Hüseynova yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
 
M.Hüseynovanın boyu 165 sm, orta bədən quruluşludur. Evdən çıxan zaman əynində qırmızı rəngli qısaqol gödəkçə, göy rəngli şalvar və çəhrayı rəngli ayaqqabı olub.
 
Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzi və sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin Ağdam Rayon Polis Şöbəsinin (026) 325-02-02 şəhər nömrəsi və (050) 997-06-03 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 466

Oxşar yazılar