Paris Olimpiadasının boks üzrə çempionu, əlcəzairli İman Xelif idman karyerasını dayandırması ilə bağlı şayiələri təkzib edib.
Lent.az xəbər verir ki, Xelifin sözlərinə görə, bu xəbərlər həqiqətə uyğun deyil:
“Bu şayiələr yalnız məni heç bir şəkildə təmsil etməyən, mənim fikrimcə, etimada və ölkəyə xəyanət edən bir şəxsin bəyanatlarına əsaslanır. Mən idmanı buraxdığımı elan etməmişəm və karyerama sadiq olaraq mütəmadi məşq edir, formamı qoruyur və qarşıdakı yarışlara hazırlaşıram.
Bu şayiələr yalnız mənim idman karyerama mane olmaq məqsədi ilə yayılır. Mən həmişə idmana və vətənim Əlcəzairə sadiq qalacağam. Bu yalanlar mənə ölkəmin rənglərini qorumağa və şərəfləndirməyə mane olmayacaq”.