İrəvanda nəvə babasını maşınla vurub öldürüb. Lent.az-ın erməni saytlarına istinadən məlumatına görə, hadisə yanvarın 1-i, axşam saatlarında Davidbek küçəsində baş verib. Hadisə yerinə gələn yol polisi 74 yaşlı Vram Etaryanın yerindəcə keçindiyini görüb.
Polis yaxınlıqda ön şüşəsi sınmış “Volksvagen” markalı avtomobil tapıb. Məlum olub ki, qəzanı qocanın 35 yaşlı nəvəsi Artem Etaryan törədib.