Rusiyanın Sumıyə zərbələri: Ölənlərin sayı iki uşaq da daxil olmaqla 31-ə çatıb -VİDEO  -YENİLƏNİB
13 aprel 2025 15:47 (UTC +04:00)

Rusiyanın Sumıyə zərbələri: Ölənlərin sayı iki uşaq da daxil olmaqla 31-ə çatıb -VİDEO -YENİLƏNİB

Aprelin 13-də səhər saatlarında Rusiyanın Sumı şəhərinə hücumu zamanı itki və ölənlərin sayı artır.

“Fövqəladə hallar xidməti hadisə yerində işlərini davam etdirir”.

Lent.az xəbər verir ki, bunu daxili işlər naziri İqor Klimenko bildirib.

Onu da qeyd edək ki, bu gün Ukraynanın Sumı şəhərinə edilən Rusiya raket hücumu nəticəsində, Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkilinin regional nümayəndəliyi yerləşən bina tamamilə dağıdılıb.

Lent.az xəbər verir ki, bu barədə ombudsman Dmitro Lubinets məlumat verib.

Lubinets bildirib ki, hücum Palm bazar günü, yəni Ukraynada dini əhəmiyyətli bir gündə baş verib. Bu gün insanlar ailələri ilə birlikdə kilsələrə gedir, şəhərdə gəzir və uşaqları ilə vaxt keçirirlər. Hücumun məhz belə bir gündə həyata keçirilməsi, mülki əhalinin məqsədli şəkildə hədəfə alındığını göstərir.

Ombudsman qeyd edib ki, bu cür hücumlar artıq təsadüfi deyil, Rusiya tərəfindən həyata keçirilən terror taktikasıdır. Əvvəlki hücumlar kimi, bu da mülki infrastruktura və əhaliyə qarşı yönəlib.

***

***

13:58

 

Raket hücumu nəticəsində mülki əhali hədəf alındı

Bu gün, Rusiya ordusu Ukraynanın şimal-şərqində yerləşən Sumı şəhərinin mərkəzinə iki ballistik raketlə hücum edib. Hücum nəticəsində azı 21 nəfər həyatını itirib, 83 nəfər isə yaralanıb. Yaralılar arasında 7 uşaq da var .

Lent.az-ın məlumatına görə, Ukrayna Daxili İşlər naziri İqor Klimenko bildirib ki, raketlər şəhərin mərkəzində yerləşən küçələrə, ictimai nəqliyyat vasitələrinə və binalara düşüb. Hadisə zamanı insanlar küçədə, nəqliyyat vasitələrində və binalarda olubla.

 

***

12:49

 

13 aprel 2025-ci il tarixində Rusiya ordusu Ukraynanın Sumı şəhərinə raket zərbəsi endirib. Hücum nəticəsində çoxsaylı insan həyatını itirib.

Lent.az xəbər verir ki, bu barədə Sumı şəhər şurasının katibi və şəhər başçısının səlahiyyətlərini icra edən Artyom Kobzar məlumat verib.

Hücum nəticəsində uşaq yaralanıb və binalar zədələnib

"Süspilne"nin məlumatına görə, hücum nəticəsində bir uşaq yaralanıb və bir neçə bina zədələnib. Zərbə nəticəsində şəhərin təhsil müəssisələrindən birinə ciddi ziyan dəyib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib ki, ruslar bu hücumu bilərəkdən mülki əhalini hədəf alaraq həyata keçiriblər. O, həmçinin qeyd edib ki, bu hücum ABŞ nümayəndəsi Uitkoffun Moskvaya səfərindən sonra baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1668

Oxşar yazılar