Rusiyanın Xalq artisti Liya Axedjakova Ukrayna ordusuna 10 min dollar bağışlayıb.
Lent.az-ın yerli KİV-ə istinadən xəbər verir ki, o, hamını Ukrayna ordusuna dəstək olmağa çağırıb.
"Mən bu faciənin bitməsini ürəkdən istəyirəm”, - deyə o bildirib.
Axedjakova qeyd edib ki, o, Ukrayna şəhərlərinin dağıdılmasını, insanların əzilərək pərişan olduğunu görmək istəmir.