Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov
17 mart 2021 23:02 (UTC +04:00)

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov

Rusiya ABŞ-dakı səfirini geri çağırdı

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Rusiya-ABŞ münasibətlərinin analizi üçün Moskvaya məsləhətləşməyə çağırılıb. 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov, ABŞ-la münasibətlər kontekstində nə edəcəyimizi  və hara hərəkət edəcəyimizi  analiz etmək üçün Moskvaya məsləhətləşmələrə dəvət edilib”, deyə M.Zaxarova vurğulayıb. 

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Co Bayden “ABC” telekanalına verdiyi müsahibədə Rusiya Prezidenti Vladimir Putinin ABŞ-da prezident seçkilərinə "müdaxilənin əvəzini ödəyəcəyini" söyləmişdi. Bayden yanvar ayında rus həmkarını mümkün nəticələr barədə "xəbərdar etdiyini" bildirmişdi. 

Xatırladaq ki, martın 16-da ABŞ Milli Kəşfiyyat Direktorunun ofisi Moskvanın Donald Trampın yenidən seçilməsinə kömək etmək, Baydeni nüfuzdan salmaq və Amerika cəmiyyətinə "nifaq toxumu səpmək" cəhdində günahlandırıldığı elan etmişdi. Sənədə görə, bu əməliyyatların “bir qrup Rusiya hökumət təşkilatı” tərəfindən həyata keçirildiyi iddia edilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2762

Oxşar yazılar

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

20 avqust 2025 , 05:50
Avtomobillərdə videoregistrator  və GPS  məcburi olacaq

Avtomobillərdə videoregistrator  və GPS məcburi olacaq

20 avqust 2025 , 04:46
Polis tutuquşu   sayəsində narkoşəbəkəni ələ keçirdi

Polis tutuquşu sayəsində narkoşəbəkəni ələ keçirdi

19 avqust 2025 , 18:54
Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

19 avqust 2025 , 18:10
Avqust ayında ilk qar yağdı  - GÖZLƏNİLMƏZ

Avqust ayında ilk qar yağdı - GÖZLƏNİLMƏZ

19 avqust 2025 , 17:56
Aktrisa  meşədə azaraq öldü

Aktrisa meşədə azaraq öldü

19 avqust 2025 , 17:41
Deputat parlament binasında intihar etdi

Deputat parlament binasında intihar etdi

19 avqust 2025 , 17:27
Gənc qadın 18-ci mərtəbədən  yıxılıb öldü

Gənc qadın 18-ci mərtəbədən yıxılıb öldü

19 avqust 2025 , 14:26