Prezidentin reytinqi antirekord səviyyədə
06 dekabr 2024 07:22 (UTC +04:00)

Prezidentin reytinqi antirekord səviyyədə

Cənubi Koreya lideri Yun Sok Yöl ölkədə hərbi vəziyyət elan etmək cəhdindən sonra onun reytinqi 13%-ə qədər düşüb.

Lent.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi “Gallup” sosioloji şirkətinin sorğusuna istinadən məlumat yayıb.

Prezidentin populyarlığı altı faiz bəndi azalıb ki, bu da onun 2022-ci ilin mayında vəzifəyə gəldiyindən bəri ən aşağı göstəricidir.

Sorğu dekabrın 3-dən 5-dək ölkədə 1001 yetkin şəxs arasında keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1323
avatar

Oxşar yazılar