Maradonanın vəkili və bacıları dələduzluqda   ittiham olunur
19 sentyabr 2025 10:52 (UTC +04:00)

Maradonanın vəkili və bacıları dələduzluqda ittiham olunur

0

Argentina Apellyasiya Məhkəməsi mərhum futbolçu Dieqo Maradonanın vəkilini və bacılarını onun brendi ilə bağlı dələduzluqda ittiham edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, məhkəmə Maradonanın vəkili Matias Morlyaya və mərhum futbolçunun iki bacısına ittiham irəli sürüb. Həmçinin məhkəmə vəkil və bacılarının idarəçiliyində olan Maradonanın aktivlərinin müsadirə edilməsinə qərar verib.

Qeyd edək ki, qərar futbolçunun qızlarının “Maradona brendi” ilə bağlı “Sattvica SA” şirkətinə qarşı qaldırdığı iddia çərçivəsində qəbul edilib.

Məhkəmə qərarında bildirilir ki, nə Morla, nə də onun “Sattvica”dakı tərəfdaşları, eləcə də Maradonanın bacıları varis kimi təyin olunmayıblar. Buna görə də Dieqo Maradonanın bütün əmlakı onun ölümündən sonra uşaqlarına keçib.

Xatırladaq ki, Dieqo Maradona 25 mart 2020-ci ildə Buenos-Ayresdə 61 yaşında vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar