Keşiş qızının sevgilisi üçün killer tutdu
22 mart 2024 20:00 (UTC +04:00)

Keşiş qızının sevgilisi üçün killer tutdu

ABŞ-ın Kaliforniya ştatının Viktorvil şəhərində keşiş Samuel Pasilyas qızının sevgilisi üçün sui-qəsd təşkil edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, keşiş sui-qəsddə ittiham olunaraq həbs edilib. Polis müəyyən edib ki, o, 21 oktyabr 2023-cü il axşam saatlarında naməlum şəxslərin gənc oğlanın avtomobilinə atəş açması nəticəsində baş verən hücuma görə cinayəti törədənlərə təxminən 40 min dollar ödəyib.

İstintaq müəyyən edib ki, Pasilyas qətli törədənlərlə görüşlər təşkil edib, onlara hədəf və onun hərəkətləri barədə məlumat verib. Cinayətkarlar hücumdan bir neçə həftə əvvəl qurbanı izləyiblər. Martın 13-də keşiş adam öldürməyə cəhd və sui-qəsddə şübhəli bilinərək həbs edilib.

Polis cinayəti törədənlərdən birini də saxlayıb və hər iki şübhəli üçün 1 milyon dollar girov tələb olunub. İstintaq çərçivəsində axtarışlar aparılıb, hüquq-mühafizə orqanları cinayətdə iştirak edən bütün şəxslərin müəyyən edilməsi istiqamətində işləri davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3378
avatar

Oxşar yazılar