İranda daha bir RƏZALƏT:  Türk adı qoyulduğu üçün uşağa sənəd verilmir
06 dekabr 2022 13:00 (UTC +04:00)

İranda daha bir RƏZALƏT: Türk adı qoyulduğu üçün uşağa sənəd verilmir

İranın molla rejimi ölkədə milli ayrı-seçkilik ənənələrini davam etdirir.

Lent.az-ın “Mouze” teleqram kanalına istinadən məlumatına görə, azərbaycanlı uşağa türk adı qoyulduğu üçün rəsmi qurumlar ona sənəd verməkdən imtina edib.

Belə ki, mədəni fəal və sənətçi Yunis Mahmudi oğluna Xaqan adının verilməsini təsdiqlətmək üçün məhkəməyə müraciət edib. Altı aylıq mübarizədən sonra Təbriz məhkəməsi uşağa şəxsiyyət vəsiqəsi verilməsi ilə bağlı qərar çıxarıb.

Amma Yunis Mahmudi özünün "Instagram" hesabında "məhkəmənin rəyi və qərarı olmasına baxmayaraq yenə də Xaqanıma kimlik vəsiqəsi vermirlər",- deyə paylaşıb edib.

Xatırladaq ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar.

# 2046
avatar

Sevinc Fərid

Oxşar yazılar