"Ən böyük xəyanət"i  edən qadın ömürlük həbs olundu
22 mart 2024 17:45 (UTC +04:00)

"Ən böyük xəyanət"i edən qadın ömürlük həbs olundu

ABŞ-da 16 aylıq qızını evdə tək qoyub Puerto Rikoya tətilə gedən qadına ömürlük həbs cəzası verilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, 32 yaşlı Kristel Kandelario 2023-cü ilin iyun ayında qızı Jayleni Klivlenddə yalnız qoyaraq evi tərk edib. 10 günlük məzuniyyətdən sonra evə qayıdan ana qızcığazın meyitini tapıb və təcili yardım çağırıb. Həkimlər uşağa kömək edə bilməyiblər. Jaylen ciddi şəkildə susuz qalıb və onun meyiti oyuncaqların yanında tapılıb.

Kandelario fevral ayında günahını etiraf edib. Bazar ertəsi, martın 18-də o, ömürlük həbs cəzasına məhkum edilib. Qadının valideynləri mərhəmət istəyib. Onlar təqsirləndirilən şəxsin psixi problemlərinin olduğunu göstərən ifadələr veriblər. İddiaya görə Kandelario dərmanlarını qəbul etməyi dayandırıb. Bu da onun depressiya və narahatlığını daha da pisləşdirib, nəticədə müvafiq qərarlar qəbul etmək qabiliyyətinə təsir edib. “Mən bəhanə gətirməyə çalışmıram, amma heç kim necə əziyyət çəkdiyimi və nələrdən keçməli olduğumu bilmir” deyə qadın məhkəmədə bildirib.

Məhkəmə bu əsaslandırmaları qəbul etməyib. “Ana ilə uşaq arasındakı bağ ən saf və müqəddəs bağlardan biridir. Bu, danılmaz sevgi, inam və qorunmaya əsaslanan bir münasibətdir. Mümkün olan ən böyük xəyanəti etdiniz” deyə hakim Brendan Şihan çıxışında vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3792
avatar

Oxşar yazılar