Argentinada deputatlığa namizəd canlı efirdə debat zamanı vəfat edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, canlı yayım zamanı 66 yaşlı namizədin qəfil halı pisləşib.
Studiyanın əməkdaşları dərhal onun yanına qaçıblar, lakin kişi yerə yıxılıb. Məlumata görə, efir zamanı kişidə ürək tutması baş verib. Onu xilas etmək mümkün olmayıb.