Bu ayın sonunda Putin və Tramp  görüşəcək
15 fevral 2025 21:40 (UTC +04:00)

Bu ayın sonunda Putin və Tramp görüşəcək

Rusiya və ABŞ-nin yüksək vəzifəli rəsmiləri iki ölkə liderləri arasında mümkün görüşə hazırlıq üçün gələn həftə Səudiyyə Ərəbistanında danışıqlar aparacaqlar.

Lent.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Ukrayna münaqişəsinin sonunun müzakirə olunacağı görüşün ayın sonuna qədər baş tuta biləcəyi iddia edilir.

Nəşr görüşün təfərrüatlarının və iştirakçıların siyahısının hələ də tərəflər arasında razılaşdırıldığını qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1554

Oxşar yazılar