Anomal istilər Avropada turizmi vurdu  - ən çox hansı ölkə əziyyət çəkir?
17 iyun 2024 20:02 (UTC +04:00)

Anomal istilər Avropada turizmi vurdu - ən çox hansı ölkə əziyyət çəkir?

Yay mövsümü təzəcə başlayıb və bir çox ölkələrdə turizm sektoru aktiv şəkildə inkişaf dövrünə qədəm qoyub. Dünyanın hələ koronavirusdan xəbəri olmadığı 2019-cu ildəki səviyyələrə qayıdıb. Lakin anomal istilər bu il xoş istirahətə mane ola bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, artıq bir çox Avropa ölkəsində yüksək temperatur səbəbindən “nəfəs almaq” çətinləşib. Mütəxəssislərin dediyi kimi, bu yay dünya tarixində ən isti yaylardan birinə çevrilə bilər, lakin termometr sürətlə qalxsa da, rekorda çatmayıb.

Hazırda həddindən artıq istidən ən çox Yunanistan əziyyət çəkir. İsraillilərin tez-tez tətil yeri kimi seçdikləri Rodos adası hava fəlakətinin episentrindədir. 2023-cü ildə orada tətil mövsümü meşə yanğınları ilə pozulub və bu il anomal isti hava bayramı poza bilər. Ölkədə vəziyyət o qədər təhlükəlidir ki, bəzi yerlər hətta müvəqqəti olaraq turistlər üçün bağlanıb.

Hazırda Kiprdə də istidir və bəzi yerlərdə hətta meşə yanğınları da başlayıb. Turizm mövsümü hələ ləğv edilməyib, lakin təhlükə altındadır. Bunlarla yanaşı İspaniyanın Menorka şəhərini isə leysan yağışları basmağa başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3255
avatar

Oxşar yazılar