Anaların gözü qarşısında uşaqların başını kəsirlər
16 mart 2021 17:21 (UTC +04:00)

Anaların gözü qarşısında uşaqların başını kəsirlər

Mozambikdəki islamçı yaraqlılar uşaqlarını analarının gözü qarşısında edam edir.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, qurbanlardan biri 11 yaşında olub. 

Save the Children hüquq müdafiə təşkilatının əməkdaşları ölkənin şimallındakı Kabo-Delqado əyalətində qanlı toqquşmalardan qaçmağa məcbur olan ailələrlə görüşüb. Qadınlardan biri insan haqları müdafiəçilərinə silahlıların  onun 12 yaşlı oğlunun başını kəsdiklərini, digər üç uşağı ilə körpünün yaxınlığında gizləndiyini bildirib.

Qadınlardan biri isə yaraqlıların onun 11 yaşlı oğlunu öldürdüklərini söyləyib. Hüquq müdafiəçilərinin sözlərinə görə, toqquşmalar səbəbindən 670 minə yaxın insanın evlərini tərk etməyə məcbur olub. Bundan əlavə, təxminən milyon insan aclıq təhlükəsi ilə üzləşib.

Kabo-Delqado əyalətində hərbi münaqişə 2017-ci ildən başlayıb. 2018-ci ilin ortalarında ölkənin şimalında İraq-Şam İslam Dövləti terrorq ruplaşması fəallaşıb. İslamçıların son zamanlarda hücumları nəticəsində ən azı 2600 nəfər həlak olub. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7089
avatar

Oxşar yazılar