Almaniyada marixuanna leqallaşdırılıb
24 fevral 2024 05:54 (UTC +04:00)

Almaniyada marixuanna leqallaşdırılıb

Bundestaq Almaniyada kannabisin (qurudulmuş marixuna) qismən leqallaşdırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Lent.az xəbər verir ki, bu barədə ölkə parlamentinin saytında məlumat yayılıb.

Qanunvericilik təşəbbüsünü 407 deputat dəstəkləyib, 226 deputat əleyhinə səs verib, dördü isə bitərəf qalıb.

2022-ci ilin oktyabr ayından etibarən Almaniyada kannabisin leqallaşdırılması planlaşdırılırdı. Daha sonra ölkənin səhiyyə naziri bu məsələnin 2024-cü ildə mümkün həllini açıqlayıb.

Qanun layihəsində böyüklər tərəfindən 25 qrama qədər olan narkotik vasitələrin pulsuz əldə edilməsi və saxlanması imkanları nəzərdə tutulub. Həm də üçdən çox bitki yetişdirməyə icazə verilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4368
avatar

Oxşar yazılar