ABŞ-da şagirdlə seks edən müəllim həbs olunub.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Texas ştatının Garden Ridge şəhərində baş verib.
51 yaşlı müəllim Cennifer Massey oktyabrın 3-ü cümə axşamı cinayət başında yaxalanıb. Saat 18 radələrində tikilməkdə olan evdə şübhəli fəaliyyət barədə polisə məlumat verilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları tikinti sahəsinə gəlib və orada müəllimin azyaşlı məktəbli ilə cinsi əlaqədə olmasını görüblər.
Nəticədə Massey həbs edilib. O, şagirdə cinsi təcavüzdə ittiham olunub və məktəb rəhbərliyi tərəfindən işdən çıxarılıb.