35 illik qadağa ləğv olunur - Artıq evdə pişik saxlamaq olacaq
12 iyun 2024 08:04 (UTC +04:00)

35 illik qadağa ləğv olunur - Artıq evdə pişik saxlamaq olacaq

Sinqapurda evdə pişiklərin saxlanmasına qoyulan 35 illik qadağa aradan qalxacaq.

Lent.az xəbər verir ki, Sinqapurda 1989-cu ildən bəri qüvvədə olan və 4000 Sinqapur dollarına (2970 ABŞ dolları) qədər cərimə və ev heyvanının mənzildən çıxarılmasını nəzərdə tutan qadağa ləğv ediləcək.

Belə ki, məsələ ilə bağlı 2024-cü ilin sentyabrında yeni qaydalar və icazələr qüvvəyə minəcək.

Qadağa 1960-cı ildə mənzil böhranını həll etmək üçün yaradılmış Mənzil və İnkişaf Şurasının (HDB) tabeliyində olan çoxmərtəbəli binalara şamil edilirdi. Buna görə bir çoxları lazımi sanitariya şəraiti olmayan həddindən artıq sıx yerlərdə yaşayırdılar. Bu gün əhalinin 80%-dən çoxu HDB mənzillərində yaşayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2424
avatar

Oxşar yazılar