Türkiyənin Müdafiə Nazirliyi tərəfindən sosial mediada “TurAzKartalı”-nın manevrlərini əks etdirən görüntülər paylaşılıb.
Lent.az xəbər verir ki, nazirliyin "Twitter" hesabından "Tək Millət, İki Dövlət" başlığı ilə edilən paylaşımda "Hər zaman qardaşlarımızın yanındayıq" ifadəsi yer alıb.
Azərbaycan və Türkiyə bayraqlarının yer aldığı paylaşımda təlimlərdən olan görüntülər yer alıb.