Victoria’s Secret müflis olmaq ərəfəsindədir. Demək olar ki, mənfəət yoxdur Dünyaca məşhur qadın alt geyimləri brendi Victoria’s Secret & Co. moda dünyasında aktuallığını qorumaq uğrunda mübarizəni davam etdirir. Şirkət cari rüb üzrə mənfəət proqnozunu açıqlayıb və bu proqnoz Wall Street-i qane etməyib.
Lent.az bununla bağlı ətraflı məlumatları sizə təqdim edir:
Victoria's Secret hazırda maliyyə çətinlikləri yaşayır. Əsas səbəb satışların azalmasıdır. Bu vəziyyət brendin satılması və yeni baş direktorun — sentyabr 2024-cü ildə vəzifəyə gələn Hillari Superin istefası məsələsini gündəmə gətirib. Hillari auditoriyanı cavanlaşdırmaq və sütyen seqmentində liderliyi bərpa etmək strategiyasını təklif edib. Şirkət məhsul çeşidini genişləndirməyə və fəal marketinq aparmağa çalışır, lakin bu addımlar hələ ki bazarı inandıra bilmir. Bundan əlavə, xarici amillər də vəziyyəti çətinləşdirir:
Bu il gömrük rüsumlarının 50 milyon dollar artması
ABŞ-da ümumi istehlakçı aktivliyinin azalması
İnvestorların idarə heyətinin tərkibində dərhal dəyişikliklər edilməsini tələb etməsi
May ayında baş verən kibertəhlükəsizlik insidenti: elektron ticarət sistemi 3 gün dayandırılıb. Bütün bu çətinliklərə baxmayaraq, şirkət illik satış proqnozunu təsdiq edib.