Dünyada elə insanlar var ki, onlar təkcə müğənni, yaxud aktyor kimi məşhur deyillər. Onların bəziləri hətta öz toyları ilə də yaddaşlarda qalıblar.
Lent.az xarici mediaya istinadla illər keçsə də, unuda bilmədiyimiz o dəbdəbəli toyları təqdim edir.
Castin Timberleyk və Cessika Bil, 6,5 milyon dollar – 2012-ci il
Müğənni və aktrisa 2012-ci ilin oktyabrında ailə qurub. Cütlük beş il görüşüb və bəzi pərəstişkarları artıq kumirlərinin rəsmi evliliyə qərar verəcəyinə ümid etmirdilər.
Çoxdan gözlənilən mərasim İtaliyanın cənubunda baş tutub. “Evli olmaq heyrətamizdir. Mərasim əla keçdi”, - yeni evlənənlər jurnalistlərə bildiriblər.
Corc Kluni və Amal Alamuddin, 4,5 milyon dollar – 2014-cü il
Dünyanın ən romantik şəhərlərindən biri olan Venesiya aktyor Corc Kluninin 2014-cü ildə özünün çox gözəl hüquq müdafiəçisi Amal Alamuddinlə evləndiyi yerdir.
2014-cü il sentyabrın 27-də baş tutan toyları üçün cütlük gözəl şəhər ətrafında qonaqları daşıyan onlarla qayıq icarəyə götürüb. Şahidlər deyirlər ki, bu, çoxlu çiçəklər və şamların çox olduğu "bədii" bir toy idi - Kluni və Alamuddin kimi iki ulduz şəxsiyyət üçün mükəmməl idi.
Sofiya Verqara və Co Manqanello, 4 milyon dollar – 2015-ci il
Cütlük toy şənliyi üçün 1 milyon dollar dəyərində gül alıb və bu məbləğin yarısı qədərini də yeməyə xərcləyib.
Sofiya və Co təntənənin xərcini "çıxarmağı" planlaşdırmayıblar- yeni evlənənlər bütün dəvət olunanlardan hədiyyələr əvəzinə xeyriyyəçilik üçün pul bağışlamağı xahiş ediblər.
Kim Kardaşyan və Kanye Uest, 2,8 milyon dollar – 2014-cü il
Bu ulduz cütlük toy təşkil etmək və bahalı hədiyyələr üçün xəsislik etməmək qərarına gəlib. 200-dən çox qonaq Florensiyaya dəvət edilib, burada möhtəşəm bir bayram təşkil edilib.
Yalnız İtaliyanın Fort-Belveder qalasının kirayəsi yeni evlənənlərə yarım milyon dollara başa gəlib, salonların təzə çiçəklərlə bəzədilməsinə də eyni məbləğ xərclənib. Ulduzların evliliyi zamanın sınağına dözə bilməsə də, bu hadisə uzun müddət xatırlanacağıq.
Kristina Aqilera və Cordan Bratman, 2 milyon dollar – 2005-ci il
Müğənni və musiqi prodüseri Kaliforniyada evlənib. Kristinanın tək paltarı demək olar ki, 100 min dollara başa gəlib, dərhal aydın olur ki, yeni evlənənlər toyda pul xərcləməyə simiclik etməyiblər.
Ciddi xərclərə baxmayaraq, Aqilera, Verqara kimi qonaqlardan heç bir hədiyyə almamağı, əksinə, Amerika fondlarından birində xeyriyyəçiliyə ianə vermələrini xahiş edib. Təəssüf ki, altı il sonra cütlük ayrılıb.