[b]“Mercedes” nümayəndəsi: "Barselonada da bir sıra çətinliklər yaşadıq"[/b]
27 aprel 2019 19:54 (UTC +04:00)

[b]“Mercedes” nümayəndəsi: "Barselonada da bir sıra çətinliklər yaşadıq"[/b]

"Bakıda olmaq həmişə xoşdur. Mövsümə əla başladıq. Barselonada keçirilən testlərdə bir sıra çətinliklər yaşadıq və yalnız test həftəsinin sonunda bolidin vəziyyətini dəqiq müəyyənləşdirdik. Melburnda isə xoş sürprizlə qarşılaşdıq. Çində də uğurla çıxış etdik. Buna baxmayaraq, 21 yarışın üçündə yaxşı çıxış etmək hələ heç nə demək deyil. Qarşıdakı yarışlara köklənməli və ciddi çalışmalıyıq".
 
Bunu “Mercedes” komandasının avtoyürüş proqramının rəhbəri Toto Volf aprelin 27-də Bakıda keçirilən mətbuat konfransında deyib.
 
Daim uğur qazanan idmançıları görməyin insana xoş təsir bağışladığını vurğulayan Toto Volf bildirib: “Məşhur idmançılar təcrübəli olduqları üçün yeni mövsümə böyük motivasiya və enerji ilə başlamağı bacarırlar. Təbii ki, Luis Hamilton hazırda əla mövqedədir və yüksək səviyyədə çıxış etməyə hazırdır. Bu, həm pilotun özü, həm də onun komandası üçün uğur göstəricisidir”.
 
 
 
(AZƏRTAC)
# 695
avatar

Oxşar yazılar