Fransada Ramazan ayında sevgilisini öpən  oğlanı döydülər
26 aprel 2024 13:45 (UTC +04:00)

Fransada Ramazan ayında sevgilisini öpən oğlanı döydülər

Fransada Ramazan ayında sevgilisi ilə öpüşən yeniyetmə həmyaşıdlarının hücumuna məruz qalıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, ona hücum aprelin 8-də, müsəlmanlar üçün müqəddəs ayın son günündə ölkənin şərqindəki Burgoin-Jallieu kommunasında baş verib.

Bildirilir ki, cütlüyə yaxınlaşan yeniyetmə oğlanı “Ramazan ayının ortasında” sevgilisini öpdüyünə görə tənqid edərək, üzünə bir neçə zərbə endirib. Daha sonra ona irad bildirib vuranlar hadisə yerindən qaçıblar.

Zərərçəkmiş xəstəxanaya çatdırılıb, hadisəni törətdiyi iddia edilən şəxs isə yalnız aprelin 24-də nəzarətə götürülüb. O, zərərçəkənin milliyyətinə, irqinə və ya dininə görə qəsdən zorakılıqda ittiham olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2682
avatar

Oxşar yazılar