Moskvada 500-dən çox  miqrant saxlanıldı - VİDEO
08 iyul 2025 11:57 (UTC +04:00)

Moskvada 500-dən çox miqrant saxlanıldı - VİDEO

Rusiyada qanunsuz miqrantların müəyyən edilməsi üçün Moskvanın yataqxanalarında və ibadət evlərində reydlər keçirilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, yoxlamalar zamanı polis əməkdaşları 500-dən çox xarici vətəndaşı sənədlərini yoxlamaq üçün idarəyə gətiriblər. 

Rusiyaya gəlmə və qalma qaydalarını pozduqlarına görə 30-dan çox şəxs inzibati məsuliyyətə cəlb edilib və ölkədən çıxarılıb.

Həmçinin yoxlamalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları federal axtarışda olan xarici vətəndaşı aşkar ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 694

Oxşar yazılar