Samuxda 88 yaşlı qadının öldürülməsi ilə bağlı BİRGƏ MƏLUMAT
08 iyul 2025 11:30 (UTC +04:00)

Samuxda 88 yaşlı qadının öldürülməsi ilə bağlı BİRGƏ MƏLUMAT

İyunun 29-da Samux rayonu, Burunqovaq kənd sakini 88 yaşlı Yahuzə Bəkirovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması ilə bağlı Samux rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumatda bildirilir ki, prokurorluq və polis əməkdaşlarının birgə icra etdikləri kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin üstü “isti izlərlə” açılıb. 

Keçirilmiş tədbirlərlə zərərçəkmiş Yahuzə Bəkirovanın həmkəndlisi 38 yaşlı Arzu Alıyev tərəfindən aralarında yaranmış şəxsi münasibətlər zəminində baş verən münaqişə zamanı qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. 
 
Faktla bağlı Samux rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb. 

Arzu Alıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 446

Oxşar yazılar