Bakıda gənc oğlan binadan yıxılıb.
Lent.az-ın məlumatına görə, hadisə Nəsimi rayonu Abay döngəsində yerləşən 16 mərtəbəli binada qeydə alınıb.
18 yaşlı Toğrul Məhəmməd oğlu Zülfüqarlı binanın 8-ci mərtəbəsində yaşadığı mənzilin eyvanından yıxılıb. Nəticədə o, hadisə yerində keçinib.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Toğrul Zülfüqarlı iş adamı, "Ultra Company" şirkətinin rəhbəri Məhəmməd Zülfüqarlının oğludur.
Toğrul Zülfüqarlı
Məhəmməd Zülfüqarlı