Polis bu qadının yerini deyənə 1 milyon verir
08 iyul 2025 11:28 (UTC +04:00)

Polis bu qadının yerini deyənə 1 milyon verir

Rusiyanın Kamçatka vilayətinin polisi ötən il yeni doğulmuş uşağını öldürməkdə şübhəli bilinən qadının tutulmasına kömək edənə görə bir milyon rubl mükafat elan edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, istintaqın məlumatına görə, 2024-cü il martın 6-da Petropavlovsk-Kamçatskidə bərk məişət tullantıları poliqonunda zibillərin arasından yorğana bükülmüş yeni doğulmuş oğlan uşağı meyiti tapılıb. Əvvəlcədən müəyyən edilib ki, uşaq sağ doğulub.

Ölümün ehtimal olunan səbəbi hipotermiya hesab olunur. Körpənin anasının kimliyi hələ müəyyən edilməyib.

“Rusiya Daxili İşlər Nazirliyinin Kamçatka diyarı üzrə İdarəsi 2024-cü il fevralın 15-dən martın 6-dək uşaq dünyaya gətirmiş qadının yerini müəyyən etməyə kömək edəcək məlumatlara görə bir milyon rubl mükafata zəmanət verir”, – İstintaq İdarəsinin bəyanatında deyilir.

Şübhəli şəxsə qarşı Cinayət Məcəlləsinin 106-cı maddəsi (ana tərəfindən yeni doğulmuş körpəni öldürmə) ilə cinayət işi açılıb. İstintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 851

Oxşar yazılar