Qanunsuz siqaret və spirtli içkinin keçirilməsinin qarşısı alındı - <span style="color:red;">FOTO
18 aprel 2019 11:04 (UTC +04:00)

Qanunsuz siqaret və spirtli içkinin keçirilməsinin qarşısı alındı - FOTO

Azərbaycana qanunsuz siqaret və spirtli içkinin keçirilməsinin qarşısı alınıb.
 
Dövlət Gömrük Komitəsindən Lent.az-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.
 
Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə avtomobilin ön oturacaqlarının arxasında və yük hissəsinin örtüyünün altında 2000 ədəd "Gold Marlboro" markalı siqaret və 8 ədəd 1 litrlik "Nemiroff Delikat" markalı spirtli içki aşkarlanıb.
 
Faktla bağlı araşdırma aparılır.
# 547
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar