Bayram üçün alış-verişində nələrə diqqət edilməlidir? – MÜTƏXƏSSİS AÇIQLADI
09 aprel 2024 18:35 (UTC +04:00)

Bayram üçün alış-verişində nələrə diqqət edilməlidir? – MÜTƏXƏSSİS AÇIQLADI

Sabahdan müsəlman aləmi üçün müqəddəs sayılan Ramazan bayramı günləri başlayır. Ramazan ayı savabların qat-qat çox verildiyi bir aydır. Artıq insanların əksəriyyəti sabaha hazırlıq üçün bayram bazarlığına gedir.

Maraqlıdır, görəsən, bayram üçün alış-verişdə nələrə diqqət edilməlidir? Hansı məhsullara üstünlük verilməlidir?

Məsələ ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova Lent.az-a açıqlamasında bildirib ki, Ramazan ayında bir ay boyunca oruc tutan insanların orqanizmində artıq qidalanma vərdişləri, qəbul olunan qidaların vaxtı dəyişir.

Onun sözlərinə görə, bu da orqanizmdə müəyyən təsirlərə səbəb olur:

“Ona görə də artıq Ramazan bayramı bitdikdən sonra qidalanma rejiminə ciddi əməl edilməlidir. Bayram üçün alış-veriş zamanı ət məhsulları alarkən keyfiyyətə diqqət yetirilməlidir. Bayram süfrəsində yalnız bir növ ət olmalıdır. Adətən bayram süfrə bol olsun deyə həm balıq, həm toyuq, həm də mal ətindən yeməklər hazırlanır. Bu həzm sisteminin ağırlaşmasına və orqanizmdə həmin ətin tərkibindəki faydalı elementlərin zərərli maddəyə çevrilməsinə səbəb olur. Mütləq hər qida qəbulunda mövsümi meyvə və tərəvəzlərdən istifadə etmək lazımdır. Bundan əlavə qida qəbulunda süd məhsullarında istifadə etmək lazımdır. Çünki bu məhsulların tərkibində bağırsaqlar üçün faydalı olan probiotiklər var. Eynilə çərəz alarkən məhsulların qabıqlı şəkildə alınması daha məsləhətlidir. Çünki bu məhsulların tərkibindəki bir çox maddələr olduğu kimi orqanizmə fayda verir. Paketlənmiş, qovrulmuş və ya təmizlənmiş çərəzlər orqanizm üçün elə də faydalı hesab olunmur. Çörək və un məmulatları alarkən mənşəyi bəlli olan və təbii kəpəkli buğda ununda hazırlanmış məhsullara üstünlük vermək lazımdır. Bundan əlavə marketlərdən paketlənmiş məhsul aldıqda, mütləq şəkildə onun etiketinə diqqət edilməlidir”.

# 2382
avatar

Arzu Qurbanlı

Oxşar yazılar