[b]Bacısı Nazpəridən danışdı: "Aramızı jurnalistlər vurdu"[/b]
27 mart 2019 17:17 (UTC +04:00)

[b]Bacısı Nazpəridən danışdı: "Aramızı jurnalistlər vurdu"[/b]

Müğənni Zeynəb Dostəliyeva bacısı, xalq artisti Nazpəri Dostəliyeva ilə illər öncə aralarında olan küskünlükdən danışıb.

Lent.az-a açıqlama verən Z.Dostəliyeva bildirib ki, o, heç zaman bacısı ilə qalmaqal yaşamayıb: “Bacımla qalmaqal etməmişdik. Mən bu barədə heç yerə açıqlama verməmişəm. Bizim aramızı jurnalistlər vurdu. Bizim duet oxumamağımız böyük söz-söhbət yaratdı. Dedilər ki, niyə 2 bacı birgə mahnı oxumur? Duet oxumaq istəmirik. Mən görmüşəm ki, qadınla kişi duet oxuyar. Amma iki qadının duet oxumağı düzgün deyil. Biz uşaq deyilik. Lazım gələndə bir-birimizə dəstək oluruq. Elə mənim konsertimdə ilk olaraq bacım oxudu”.

# 1078
avatar

Yalçın UĞUR

Oxşar yazılar