Türkiyənin məşhur müğənni və aktrisası Seda Sayanla bağlı verilən açıqlama gündəm olub.
Lent.az KİV-ə istinadən xəbər verir ki, Seda Sayanın həyat yoldaşı Çağlar Ötken onunla bağlı maraqlı fikirlər ireli sürüb:
“Çox yüksək enerjiyə malikdir. Onunla yaşamaq hər igidin işi deyil. Onun enerjisi zirvədədir. 3-5 yaş kiçik olsa da, onun yanında, daha gənc biri olmalıdır. Seda Sayan zamansız və köhnəlməzdir”.