Bonuççi "Yuventus"a qayıtmaq istəyir
24 iyul 2018 11:05 (UTC +04:00)

Bonuççi "Yuventus"a qayıtmaq istəyir

“Milan”ın kapitanı Leonardo Bonuççi “Yuventus”a qayıtmaq variantını gözdən keçirir. Apasport.az saytının gazzetta.it-ə istinadən məlumatına görə, müdafiəçi hələ qış aylarından bəri bu barədə düşünür.

Baş məşqçi Massimiliano Alleqri ilə fikir ayrılığı yaşaması səbəbindən “Yuventus”dan ayrılan Bonuççinin Qonsalo İquain qarşılığında sabiq klubunun yolunu tutacağına dair iddialar var.

Qeyd edək ki, bir il öncə “Milan” 31 yaşlı futbolçuya görə “qoca sinyora”ya 42 milyon avro ödəmişdi.

 

# 467
avatar

Oxşar yazılar