Prezident Göyçayda uçan körpü ilə bağlı sərəncam imzaladı
07 iyun 2018 17:57 (UTC +04:00)

Prezident Göyçayda uçan körpü ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Bakı–Şamaxı–Yevlax magistral avtomobil yolunun 217-ci kilometrində Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası ilə bağlı sərəncam imzalayıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, sərəncamla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,5 milyon manat ayrılıb.

 

# 436
avatar

Oxşar yazılar