Rusiyanın ən yaşlı aktrisası öldü
27 may 2017 21:57 (UTC +04:00)

Rusiyanın ən yaşlı aktrisası öldü

Rusiyanın ən yaşlı aktrisası Varvara Şurkovetskaya 103 yaşında Postov-Don şəhərində vəfat edib.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya teatr xadimləri İttifaqından bildirilib.

 

Varvara Şurkovetskaya 1913-cü ildə Pyatiqorsk şəhərində dünyaya gəlib. Aktyorluq fəaliyyətinə 1930-cu illərdə, Aşqabad Rus Dram Teatrında başlayıb. İkinci Dünya müharibəsi dövründə cəbhədə hərbçilər qarşısında konsert və səhnəciklərlə çıxış edib. Müharibə dövründə bir neçə medalla təltif edilib.  Rostov Komediya Teatrında, daha sonra isə M.Qorki adına Rostov Dram Teatrında  fəaliyyətini davam etdirib.    

 

“Pəncəni ver dost!” filmində, “Nadejda Durova”, “Sərkərdə Suvorov”, “Port-Artur” və s. tamaşalarda oynayıb. 

# 293
avatar

Oxşar yazılar