"Titanik"in kapitanı Bernard Hill 79 yaşında vəfat etdi
05 may 2024 19:28 (UTC +04:00)

"Titanik"in kapitanı Bernard Hill 79 yaşında vəfat etdi

"Üzüklərin hökmdarı" filmlərində Kral Teoden obrazı ilə tanınan britaniyalı aktyor Bernard Hill vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə Daily Mail yazır.

Öləndə sənətçinin 79 yaşı var idi. Lakin onun ölümünün səbəbləri hələlik açıqlanmayıb.

Bernard Hill 1944-cü ildə İngiltərənin Mançester şəhərində anadan olub. Aktyor 1970-ci illərdə filmlərdə rol almağa başlayıb. Tamaşaçılar onu dünyaca məşhur “Üzüklərin hökmdarı” film trilogiyasında Kral Teoden və “Titanik” romantik dramında Kapitan Edvard Smit rollarına görə xatırlayırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3141
avatar

Oxşar yazılar