Evdən qaçan şagirdlər məktəbini dəyişir
19 fevral 2016 13:19 (UTC +04:00)

Evdən qaçan şagirdlər məktəbini dəyişir

“Məktəb direktoru uşaqları başqa məktəbə dəyişməyimizi istəyir”. Bu barədə Lent.az-a fevralın 17- də Bakıda itkin düşən şagirdlərdən Şamil Babayevin anası Yekaterina Babayeva məlumat verib. Onun sözlərinə görə, Nizami rayonu 32 saylı məktəbin direktoru Sevda Abdullayeva itkin düşən Şamil Babayev və İsmayıl Şəfiyevin digər şagirdlərə pis nümunə olacağını deyib. Artıq Şamilin anası oğlu üçün yeni məktəb axtarışına başlayıb.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun müdiri Arzu Tairquluyevanın Lent.az-a verdiyi məlumata görə isə, məktəblə əlaqə saxlanılıb və direktor belə bir məsələnin olmadığını deyib: "Əksinə, bu uşaqlarla psixoloq işləyəcək".

 

İsmayılın anası Viktoriya Şəfiyeva da uşağını məktəbdən çıxarır. O, Lent.az-a açıqlamasında bunu kiminsə tələb etmədiyini, İsmayılın mühitini dəyişmək istədiklərini bildirib.

# 576
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar