(R) DəmirBank smartfon və planşet istifadəçiləri üçün applikasiyalar təqdim edib
19 fevral 2013 13:12 (UTC +04:00)

(R) DəmirBank smartfon və planşet istifadəçiləri üçün applikasiyalar təqdim edib

DəmirBank smartfon və planşet istifadəçiləri üçün applikasiyalar hazırlayıb. 2012-ci ilin dekabr ayından Apple (App Store) və Android (Play Market), 2013-cü ilin fevralından isə BlackBerry (App World) üçün nəzərdə tutulan applikasiyaları pulsuz yükləmək mümkündür.

 

Bu proqramlar istifadəçilərə (iPhone, iPad, Samsung Note / Galaxy, HTC, BlackBerry və s.) Bank barədə məlumat əldə etməyə və müəyyən əməliyyatlar keçirməyə imkan verir. Azərbaycan, Rus və İngilis dilində olan proqramlar mütəmadi yenilənəcək, imkanlar genişləndiriləcək və bu barədə istifadəçilərə avtomatik məlumat veriləcək.

 

“DemirBank” adlanan applikasiyalarda DəmirBank haqqında məlumat və xəbərlər, filial və bankomatların ünvanları və xəritələri, valyuta məzənnələri və konvertor, BillPay sistemi üzrə kommunal / rabitə / internet / kabel TV ödənişləri, plastik kartlar üzrə İnternet-Banking xidmətləri, məhsullar barədə məlumatlar mövcuddur. Əsas menyunun aşağı hissəsində “DəmirBank-a zəng” düyməsi vasitəsilə 149 – Məlumat Mərkəzinə zəng etmək olar.

 

Daha ətraflı məlumat üçün www.demirbank.az saytına, www.facebook.com/demirbank.azhttps://twitter.com/DemirBank səhifəsinə daxil olmaq, eləcə də Telefon Məlumat Mərkəzi – 149 nömrəsinə zəng etmək olar.

 

# 897
avatar

Oxşar yazılar