Yuxuda xərçəng  görmək nə deməkdir?
27 iyun 2025 10:13 (UTC +04:00)

Yuxuda xərçəng görmək nə deməkdir?

Yuxuda xərçəng görmək insanların tez-tez maraqlandığı mövzulardandır. Xərçənglə bağlı yuxular olduqca mənalı və dərin məna daşıyır. Bu cür yuxuların araşdırılması və diqqətlə təhlil edilməsi vacibdir. Bu səbəblə, yuxuda xərçəng görmək mövzusu maraq doğurur. Yuxunun necə və hansı şəraitdə görüldüyü onun yozumuna təsir edir və mənasını gücləndirir.

Yuxularda bir çox şey görürük. Bunlardan biri də xərçəngdir.

Bəs, yuxuda xərçəng görmək hansı mənaya gəlir? 

Lent.az yuxuda xərçəng görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni təqdim edir:

Yuxuda xərçəng görmək nədir?

Yuxuda xərçəng görmək, arxasınca danışan, sinsi və pis niyyətli düşmənlərin mövcudluğuna işarədir. Bu, xəbərdarlıq xarakteri daşıyan bir yuxudur. Belə yuxunu görən şəxs pis niyyətli insanlarla mübarizə aparacaq və onları məğlub edəcək. Bu mərhələdə ailəsinin və yaxınlarının ona dəstək olacağına işarə edilir. Həmçinin bu insanın saf və təmiz niyyətli biri olduğu üçün pisliklərdən qorunacağına dəlalət edir.

Yuxuda xərçəng yemək nədir?

Yuxuda xərçəng yemək bəzi təfsirçilərə görə xeyrə yozulur. Arxasında iş çevirən düşmənləri məğlub etməyə işarədir. Amma digər təfsirlərə görə, yuxuda xərçəng yemək haram yeməyə də işarə edə bilər. Xərçəng yeyən şəxs halal olmayan qazanc əldə etmiş, başqasının haqqını tapdalamış ola bilər.

Bu yuxu həmçinin, yuxu sahibinin haqqını halal etməyən birisinin mövcudluğunu göstərir. Arzulara çatmaq, xəyal edilən şeylərə nail olmaq kimi yozulan bir yuxudur. Eyni zamanda, xərçəng yediyini görən şəxs sərt xarakterli və keçinməsi çətin biri ilə münasibət quracağına işarədir. Bu şəxs ailədən biri ola biləcəyi kimi, iş və ya dost mühitindən biri də ola bilər.

Yuxuda xərçəng öldürmək nədir?

Yuxuda xərçəng öldürmək gizli və təhlükəli bir düşmənin mövcudluğuna işarədir. Belə bir yuxu həm də şübhəçi və inadkar bir insanın ətrafda olduğuna dəlalət edir. Yuxuda xərçəng öldürdüyünü görən şəxs ətrafındakılara qarşı ehtiyatlı olmalı və heç kimə dərhal güvənməməlidir.

Bu yuxu həm də sirrlərin yayılması və rüsvay olmaq təhlükəsinə işarə edir. Lakin əgər yuxu sahibi xərçəngi öldürdüyünü görürsə, bu, həmin insana qalib gələcəyinə və ondan üstün olacağına işarədir. Düşməni məğlub etməyə və ona qarşı güc qazanmağa yozulur. Yuxuda xərçəng öldürən şəxs özünə zərər verən birinə qarşı güclənəcək və ondan qurtulacaq.

Yuxuda xərçəng tutmaq nədir?

Yuxuda xərçəng tutmaq, pis niyyətli və gözü götürməyən bir insana işarə edir. Yuxusunda xərçəng tutduğunu və ya aldığını görən şəxs belə bir insanla dostluq edəcək, lakin bu dostluq ona çətinliklər gətirəcək. Bu yuxu, pis niyyətli insanlara yaxınlaşmaqla da təfsir olunur.

Xərçəng tutduğunu görən insanın onu qısqanan bir dostu ola bilər. Bəzən bu yuxu pis bir insanın yalanını tutmağa və onu ifşa etməyə də dəlalət edir. Həmçinin bu yuxu insanın ətrafdakı problemləri həll edən bir xarakter qazandığına və ətrafındakılar tərəfindən təqdir edildiyinə işarədir. Xərçəng tutan şəxs, sevdiklərinin yalnız yaxşı tərəflərini görür və onların pis xüsusiyyətlərinin zərərini görməməzlikdən gəlir.

Yuxuda xərçəng yumurtası görmək nədir?

Yuxuda xərçəng yumurtası görmək adətən xeyirə yozulmur. Pis və mənfi hadisələrin bir-birinin ardınca gələcəyinə işarə edir. Yuxu sahibinin söylədiyi bir yalanın yeni yalanlar doğuraraq vəziyyətin çətinləşməsinə səbəb olacağına işarə edir. Bu yuxu yalanlara qarşı bir xəbərdarlıqdır. Böyük yalanların, hətta işini itirməsinə səbəb ola biləcəyini göstərir. Lakin bəzən bu yuxu xeyirə də yozula bilər.

Uzun müddət verilən əməklərin qarşılığını almağa, qurduğu işdən yaxşı qazanc əldə etməyə, yeni uğurlara imza atmaq üçün güc tapmağa işarədir. Xərçəng yumurtası, itirilmiş şansın yenidən qazanılmasına işarə edir.

Yuxusunda çox sayda xərçəng yumurtası görən şəxs həm maddi, həm də mənəvi baxımdan bolluğa çıxacaq. Gündəlik ruzisinin artacağına, pulunun bərəkətli olacağına və şükürlə qazancının artacağına dəlalət edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 296

Oxşar yazılar

Yuxuda nanə  görmək nə deməkdir?

Yuxuda nanə görmək nə deməkdir?

23 iyun 2025 , 12:00
Yuxuda qızılgül  görmək nə deməkdir?

Yuxuda qızılgül görmək nə deməkdir?

20 iyun 2025 , 09:23
Yuxuda maşının  xarab olması nə deməkdir?

Yuxuda maşının xarab olması nə deməkdir?

18 iyun 2025 , 10:56
Yuxuda tətilə  hazırlaşmaq nə deməkdir?

Yuxuda tətilə hazırlaşmaq nə deməkdir?

14 iyun 2025 , 09:46
Gələcəyi yuxularında daha çox görən  BÜRCLƏR

Gələcəyi yuxularında daha çox görən BÜRCLƏR

13 iyun 2025 , 09:09
Yuxuda müdürünün ad gününü  təbrik etmək nə deməkdir?

Yuxuda müdürünün ad gününü təbrik etmək nə deməkdir?

11 iyun 2025 , 09:50
Yuxuda şokoladlı dondurma  görmək hansı mənaya gəlir?

Yuxuda şokoladlı dondurma görmək hansı mənaya gəlir?

10 iyun 2025 , 09:50
Yuxuda hovuz  görmək hansı mənaya gəlir?

Yuxuda hovuz görmək hansı mənaya gəlir?

7 iyun 2025 , 10:43