Yuxuda rəngli dırnaq boyası çəkmək, adətən insanın diqqət çəkmək, özünü ifadə etmək və ya yeni başlanğıclar etmək istəyi ilə əlaqələndirilir. Yuxunun tam mənası isə istifadə olunan rənglərə və yuxu sahibinin ümumi vəziyyətinə görə dəyişə bilər.
Yuxularda bir çox şey görürük. Bunlardan biri də dırnaq boyasıdır.
Bəs, yuxuda dırnaq boyası görmək hansı mənaya gəlir?
Lent.az yuxuda dırnaq boyası görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni təqdim edir:
Yuxuda dırnaq boyası çəkmək nədir?
Yuxuda dırnaq boyası çəkdiyini görmək, ümumiyyətlə pis yozulan yuxu növü hesab edilir. Buna görə də, yuxuda dırnaq boyası çəkdiyini görmək, yuxu təfsirçiləri tərəfindən müxtəlif mənalarda şərh olunmuşdur.
Yuxuda dırnaq boyası çəkdiyini görən bir şəxs, ətrafındakı insanların onun haqqında qeybət etdiyinə işarə edir. Gerçək həyatda bir çox insanın onun arxasından danışdığı və onu mənfi yöndə müzakirə etdiyi bildirilir. Bu cür vəziyyət yuxu sahibinin ətrafı tərəfindən də xoş qarşılanmaz və o, çevrəsinə qarşı utanacaq bir hala düşə bilər.
Yuxuda dırnaq boyası çəkdiyini görən şəxs, çox maraqlı bir insan olduğuna işarə edir. O qədər maraqlıdır ki, ətrafında baş verən bütün hadisələrdən xəbəri olur. Bu səbəbdən bəzən ətrafı ilə müəyyən problemlər yaşayacağı bildirilir. Həmçinin yuxu sahibi çox nümayişkaranə və diqqət mərkəzində olmağı sevən biri kimi xarakterizə edilir. Əgər yuxu sahibi evlidirsə, ailə həyatında bəzi problemlərlə qarşılaşa bilər, subaydırsa, sevgi həyatında müəyyən çıxılmaz vəziyyətlərə düşə bilər.
Yuxuda qırmızı dırnaq boyası çəkmək nədir?
Yuxu sahibinin ailə həyatında bəzi problemlər yaşayacağına və iş həyatında da işverənlə çətinliklərlə qarşılaşacağına işarə edilir. Qırmızı dırnaq boyası çəkdiyini görən şəxsin ətrafında onu istəməyən insanların olduğu və bu şəxsin qısqanıldığı, buna görə də ona qarşı planlar qurulduğu bildirilir. Həmçinin bu yuxu, əks cinsi cəlb etmək və onunla yaxın münasibət qurmaq istəyinə də yozulur.
Yuxuda ağ dırnaq boyası çəkmək nədir?
Yuxuda ağ dırnaq boyası çəkmək, ümumiyyətlə xeyrə yozulur. Belə bir yuxu görən şəxs, ətrafı ilə yaxın münasibətlər quracaq və onlarla fikir mübadiləsi aparacağı anlamına gəlir.
Yuxuda mavi dırnaq boyası çəkmək nədir?
Mavi dırnaq boyası bolluq və bərəkət rəmzi kimi yozulur. Belə bir yuxu görən şəxsin evindən bolluq və bərəkət əskik olmayacaq və onun mal-mülkü artacaq deməkdir.
Yuxuda qara dırnaq boyası çəkmək nədir?
Qara dırnaq boyası çəkdiyini görən şəxs çox yaxın zamanda uğurlu işlərə imza atacaq və bu uğurlu işlərdən böyük maddi qazanc əldə edəcək. Əgər çəkilən dırnaq boyası qaradırsa, bu, həmin şəxsin öz işində yüksələcəyinə və vəzifə artımı alacağına işarə edir.
Yuxuda çəhrayı dırnaq boyası çəkmək nədir?
Yuxuda çəhrayı dırnaq boyası çəkdiyini görən şəxs, xeyirsiz işlərin arxasınca getdiyinə işarədir. Onun qazancının haram yollarla əldə olunduğu və halal işlərdən uzaqlaşdığı anlamını verir.
Yuxuda yaşıl dırnaq boyası çəkmək nədir?
Yuxu sahibinin çox qeyri-adi və ağla sığmayan hadisələr yaşayacağına və bu hadisələr qarşısında olduqca təəccüblənəcəyi mənasına gəlir.
Yuxuda bənövşəyi dırnaq boyası çəkmək nədir?
Yuxu sahibinin hər şeyin qaydasında getdiyi həyatının qəfil pozulacağına və mənfi vəziyyətlərin ortaya çıxacağına işarə edir. Buna görə də, yuxu sahibi həm iş, həm də ailə həyatında daha diqqətli və ölçülü davranmalıdır.
Yuxuda parıltılı (simli) dırnaq boyası çəkmək nədir?
Parıltılı dırnaq boyası çəkdiyini görən bir şəxs xeyirli bir yuxu gördüyündən əmin ola bilər. Bu, uğurlu bir həyat yaşayacağına və bu uğurlar sayəsində həm ailəsini, həm də ətrafını qürurlandıran biri olacağına işarə edir. Ümumilikdə, bu yuxu xeyirli olaraq təfsir olunur.